Vətən Üçün Doğulanlar
کاور آهنگ Vətən Üçün Doğulanlar از Alim Qasimov

Vətən Üçün Doğulanlar

۱۴۰۴۵:۲۵

متن موزیک

Sıxılan canımdır, qaralan qanım

Heç nə istəmirəm, çətindir anım

Sevgilim, sevgilim, mən bunu, de, necə danım?

Sənli ola-ola sənsizəm indi

Sənli ola-ola sənsizəm

Düşmənlərə canlı çəpər

Siz oldunuz, igid ərlər

Qazandınız şanlı zəfər

Vətən üçün doğulanlar

Mübariztək mərd oğullar

Quş kimi əlimdən uçub getmisən

Eşqin yuvasından qaçıb getmisən

Ömürlük ömrümdən köçüb getmisən

Sənli ola-ola sənsizəm indi

Sənli ola-ola sənsizəm

Bu vətənə göz oldunuz

Od oldunuz, köz oldunuz

Bizim olan Qarabağın

Xilaskarı siz oldunuz

Vətən üçün doğulanlarQorxmadınız canınızdan

Keçdiniz lap qanınızdan

Oldunuz Milli Qəhrəman

Vətən üçün doğulanlar

Mübariztək mərd oğullar

Çox kövrək olubdur qəlbimin simi

Könlüm itirəndən sevgi hakimin

Düşünə bilmirəm, düşünə bilmirəm daha heç kimi

Sənli ola-ola sənsizəm indi

Sənli ola-ola sənsizəm

Vətənçilik məfkurəsin

Atalardan qeyrət dərsin

Öyrənərək, əhsən sizə

Susdurdunuz düşmən səsin

Vətən üçün doğulanlar

Vətən üçün doğulanlar

Uzağı sezməyən bir göz olmuşam

Odu erkən sönmüş bir köz olmuşam

Günəşi olmayan bir yaz olmuşam

Sənli ola-ola sənsizəm indi[Nəqərat]

Bu vətənə göz oldunuz

Od oldunuz, köz oldunuz

Bizim olan Qarabağın

Xilaskarı siz oldunuz

Vətən üçün doğulanlar

Qorxmadınız canınızdan

Keçdiniz lap canınızdan

Oldunuz Milli Qəhrəman

Vətən üçün doğulanlar

Mübariztək mərd oğullar

Bilirəm, ruhun şad, qalibdir vətən

Sənsiz ola-ola səninləyəm mən

Səninləyəm

Vətən üçün doğulanlar

Səninləyəm

Vətən üçün

Səninləyəm

Doğulanlar